Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

20 oktyabr 2016 | 16:00

Oktyabrın 18-də Heydər Əliyev mərkəzində baş tutan iclasda hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, qeyri-hükumət təşkilatlarının nümayəndələri iştirak edib.
İclası giriş nitqi ilə açıq elan edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yığıncaq iştirakçılarını salamlamış, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs etmiş, Şəmkir rayonunda son illərdə aparılmış abadlıq-quruculuq işləri və layihələr haqda məlumat vermişdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev son dövrlərdə Şəmkirdəki inkişafdan danışmışdır.
Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski çıxışında bildirmişdir ki, 2016-cı ilin 9 ayında respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də nəzərə çarpacaq göstəricilər əldə olunmuş, təhsil sistemində mühüm keyfiyyət və kəmiyyət dəyişiklikləri baş vermişdir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş Həkim əvəzi Abdulla Rzayev isə 2016-cı ilin rayonun bütün sahələri kimi, səhiyyə sistemi üçün də uğurlu olduğunu qeyd etmişdir. Abdulla Rzayev hesabat dövrüdə Şəmkirdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini xüsusi vurğulamışdır.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəmkir rayonu üzrə nümayəndəsi Şaməddin Abdullayev isə Şəmkir ərazisində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinə təşəkkür etmişdir.

Keçidlər