Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə görüş keçirilmişdir

13 oktyabr 2016 | 16:00

Oktyabrın 13-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonun Keçili və Xuluf kəndlərinin sakinləri ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs etmiş, Şəmkir rayonunda son illərdə aparılmış abadlıq-quruculuq işləri və layihələr haqda məlumat vermişdir.Qeyd etmişdir ki, rayonun digər yaşayış məntəqələri kimi Keçili və Xuluf kəndlərinində sosial problemləri daim diqqətdə saxlanılır, zəruri tədbirlər görülür. İcra Hakimiyyətinin başçısı kənd sakinlərini narahat edən məsələlərlə yaxından tanış olmuşdur. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.
Görüşdə çıxış edən sakinlər qaldırılan məsələlərin həllinə əmin olduqlarınıvurğulamışlar. Sakinlər göstərilən diqqətə görəminnətdarlıqlarını bildirmiş, regionların, o cümlədən Şəmkir rayonunun iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqlarını ifadə etmişlər.

Keçidlər