Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilmişdir.

08 oktyabr 2016 | 16:00

08 oktyabr 2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilmişdir.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi Ağabala Hüseynov və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək bildirdi ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də yüksək səviyyədə qorunur. Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Əhali onu da bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində hər kəsin üzərinə müəyyən vəzifələr düşür.Ona görə dəyərli sakinlər kəmərlərin mühafizə və məsləhətləşmə zonalarında nəzərdə tutulan qadağalar barədə məlumatlıdırlar və onlara riayət edirlər.
  Komissiya üzvləri çıxış edərək bildirdilər ki, kəmərlərə və onların fəaliyyətinə əsassız maraq göstərənlər, istirahət, ovçuluq, balıqçılıq niyyətilə dəhliz adlanan əraziyə gələnlər sakinlərin nəzərindən heç vaxt yayına bilməz. Kəmərboyu ərazinin sakinləri yaşayış məntəqələrində şübhəli şəxsləri, icazə olmadan boru xətlərinin yerüstü qurğularının şəklini çəkənləri, burada naməlum əşya quraşdıran adamları görəndə dərhal reaksiya verirlər. Əhali həmçinin ərazidə yanğının baş verməsi, gecə vaxtlarında kəmərlərin dəhlizində qazma işlərinin aparılması və digər bu kimi hadisələrə qarşı da son dərəcə ayıq-sayıqdır.
  Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Şəmkir rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur.

Keçidlər