Vətəndaşların növbəti qəbulu
07 oktyabr 2016-cı il tarixində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Qəbula yazılmış 72 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.