Şriftin ölçüsü :

Saytın rəngi :

Nəriman Nərimanov adına şəhər tam orta məktəbində “Bilik günü”

15 sentyabr 2016 | 16:00

15 sentyabr “Bilik günü” ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da qeyd edilmişdir.
Şəmkir  şəhərində yerləşən  Nəriman Nərimanov adına şəhər tam orta məktəbi Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra pedaqoji kollektivin istifadəsinə verilmişdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Aparatın məsul işçiləri, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, pedaqoji kollektiv, şagirdlər və  valideynlər  də iştirak etmişlər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış  edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət  və qayğıdan danışmış,  müstəqilliyimizin bərpasından sonra ölkəmizdə ən çox diqqətin məhz təhsil müəssisələrinin inkişafına yönəldiyini vurğulamış və son günlərdə ölkə başçısı cənab İlham Əliyevin yeni-yeni məktəb binalarının açılışında şəxsən iştirakının bir daha dövlətimizin və onun rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğının təzahürü olduğunu qeyd etmişdir.
Çıxış edənlər   təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və xanımı Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  və ehtiramlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər