Şəmkirdə “Bilik günü” qeyd edildi.
15 sentyabr “Bilik günü” ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da qeyd edilmişdir.
Şəmkir rayon Düyərli kənd 1 saylı tam orta məktəbi də 2016-cı ilin fevral ayından əsaslı təmirə dayandırılmış və 15 sentyabr 2016-cı ildə şagird və müəllimlərin istifadəsinə verilmişdir. Məktəbdə “Bilik günü” münasibətilə təşkil edilmiş tədbirdə iştirak edən Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov görülən işləri yüksək qiymətləndirmiş və Ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil siyasətində məhz məktəb binalarının yenidən qurulmasının və əsaslı təmirinin prioritet istiqamətlərdən birincisi olduğunu qeyd etmişdir.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verdiyi vurğulanmış, onun Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binalarının, uşaq bağçalarının tikilib istifadəyə verildiyi diqqətə çatdırmış, müəllim əməyinə bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymət verildiyini söyləmiş, təhsil işçilərinə pedaqoji fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olmuşlar.