26.02.2014- cü il tariixində Şəmkir rayon İcra Hakimiyyəti və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində Mərkəzin qalereyasında təşkil edilən sərgidə Xocalıda həyata keçirilmiş soyqırıma, uzun illərdir davam edən Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağ və ümumiyyətlə Azərbaycan tarixi ilə bağlı son dövrlərdə ölkəmizdə və ölkədən kənarda nəşr edilən kitablar qonaqlara təqdim olunmuş, "Zəka" Gənclərin İntellektual Mərkəzinin yaradıcı gənclərinin Xocalıda həyata keçirilən soyqırıma həsr etdikləri rəsm əsərləri nümayiş etdirilmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəxrəddin Vəliyev və Sona Əliyeva, Şəmkir Rayon Heydər Əliyev mərkəzinin direktoru Məleykə Əlizadə məruzə ilə çıxış etdilər. Əhməd Cavad adına məktəbin şagirdlərinin ifasında hazırlanmış ədəbi-bədii kompozisiya anım iştirakçılarında böyük təssürat yaratdı.