“Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı
27 avqust 2016-cı il tarixində Gəncə-Qazax magistral yolunun kənarında yerləşən “Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı olmuşdur. Açılış münasibəti ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
Qeyd edək ki, 5 ha ərazidə yerləşən ticarət mərkəzinin daxilində 147 ədəd ərzaq satış köşkü, ət kəsim köşkü, 26 yerlik Hotel, Ailəvi istrahət mərkəzi, 5 ədəd soyuducu anbar, ərzaq mağazası-“Supermarket” və avtomobil dayanacağı əhaliyə xidmət göstərəcəkdir.
Açılışda Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhər, qəsəbə və kənd sakinləri iştirak etmişdir.