Xalça fabriki ilə bağlı iclas
25 avqust 2016 | 16:00
25 avqust 2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun rəhbərliyi ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada yaxın zamanlarda Şəmkirdə fəaliyyətə başlayacaq, 2000 m2 ərazini əhatə edən Xalça fabrikində çalışacaq peşəkar xalçaçıların araşdırılması və onların öyrədici kurslara cəlb edilməsi məsələsi müzakirə edilmişdir. Fabrikdə 150 xalçaçının çalışması nəzərdə tutulur.