Şəmkir Futbol Klubunun rəhbərliyi ilə görüş
25 avqust 2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şəmkir Futbol Klubunun rəhbərliyi ilə görüş keçirmişdir.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir Futbol Klubunun fəxri prezidenti Fərid Hüseynov , Klubun prezidenti Elvin Səfərli və baş məşqçi Əli Məmmədov iştirak etmişdir. Klubun gələcək planları və nəzərdə tutulan işlər barədə geniş məlumat verən Elvin Səfərli növbəti mövsümdə Şəmkir Futbol Klubunun qarşısında duran məqsədlər haqda danışmışdır.
Sonda çıxış edən cənab Alimpaşa Məmmədov Şəmkir rayonunda idmanın bütün sahələri kimi futbolun da inkişaf etdirilməsi və bu idman növünə olan marağın artırılması istiqamətində tapşırıq və tövsiyyələrini vermişdir.