“Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi 2-ci Beynəlxalq Gənclər Forumu
18 avqust 2016-ci il tarixində “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi 2-ci Beynəlxalq Gənclər Forumuna start verdi.
Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti Aparatının əməkdaşları, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov və kollektivi iştirak etdi.
Layihənin məqsədi müxtəlif fikir mübadiləsi aparmaq və eyni zamanda Azərbaycanın multikulturalizm modelini tanıtmaq və Azərbaycan təcrübəsinin gənclər tərəfindən öyrənilməsinə şərait yaratmaqdır. Tədbir Avropa Parlamentinin simulyasiyası formatında keçirilir.
Müsahibə mərhələsini keçdikdən sonra biliklərinə yiyələnən ən fəal və fikirlərini İngilis dilində sərbəst ifadə edə bilən 120 gənc Foruma iştirak hüququ qazanmışdır.
Forum iştirakçıları sıralarında Fransa, Birləşmiş Krallıq, Rusiya, Serbiya, Çexiya, Ukrayna, Rumıniya, Polşa, Belarus, Almaniya, İtaliya, Gürcüstan, Türkiyə, Avstriya və İsveç Krallığı nümayəndələri yer alır.
Qeyd edək ki, Forum 22 avqust tarixinədək davam edəcək.