Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 6 aylıq hesabat yığıncağı keçirildi.
28 iyul 2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının “2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, dairə və məntəqə seçki komissiyalarının sədrləri, sahibkarlar, qeyri hökumət təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri iştirak etmişlər. Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov 6 ayda rayonda görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Rasim Mustafayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev və Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Sahib Quliyev çıxış etmişlər.
Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil edildi, qərar layihəsi əlavə və dəyişikliklərlə qəbul olundu.