Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub

02 iyul 2016 | 16:00

2 İyul – Azərbaycan Polisi günü ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyəti və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli tədbir keçirilib.
Tədbiri açıq elan edən Şəmkir Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov müstəqil Azərbaycanın polis orqanlarının tarixindən danışmış, bildirmişdir ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirmişdir.
Əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışmışdır.
Tədbirdə Şəmkir Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər