Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilmişdir

24 iyun 2016 | 16:00

24 iyun 2016-cı il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, Din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizin yad ünsürlərdən qorumasının yollarını, son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı  fikir mübadiləsi aparmışlar.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər