Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə tibb ocağı əsaslı təmir olunub

14 iyun 2016 | 16:00

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsi üçün bina təmir edilərək istifadəyə verilib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Yerli büdcə hesabına əsaslı şəkildə yenidən qurulan Şöbədə 6 palata, həkim otaqları, laboratoriya və xüsusi təhlükəli xəstələr üçün kabinet yaradılıb. Nəticədə 45 orta tibb işçisi və 5 həkimin normal fəaliyyəti üçün də hər cür şərait yaradılmışdır.

Keçidlər