Şriftin ölçüsü :

Saytın rəngi :

Ortamiqyaslı Şəhərlər üçün Bərk Məişət Tullantılarının İdarəolunması (BMTİ) layihəsi çərçivəsində iclas keçirilmişdir.

08 iyun 2016 | 16:00

08 iyun 2016-ci il tarixində Ortamiqyaslı Şəhərlər üçün Bərk Məişət Tullantılarının İdarəolunması (BMTİ) layihəsi çərçivəsində iclas keçirilmişdir.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, nümayəndə heyətinin üzvləri Sosial məsələlər üzrə beynəlxalq mütəxəssis İzha Lao, Asiya İnkişaf Bankının nümayəndəsi və Sosial və Köçürülmə məsələləri üzrə mütəxəssis Vüsalə Rüstəmova, Asiya İnkişaf Bankının nümayəndəsi və Sosial və Gender məsələləri üzrə mütəxəssis Səbinə Rüstəmova, BMTİ layihəsi üzrə mütəxəssis və layihəçi-mühəndis Tofiq Həsənov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, poliqonun tikiləcəyi ərarisinin İƏD üzrə nümayəndə və bələdiyyə sədrləri, Mənzil Kommunal Müəssisəsinin həmin ərazi üzrə cavabdeh şəxsləri və kənd sakinləri iştirak etmişlər.
İclasda Azərbaycan Respublikasının BMTİ haqqında Qanunvericiliyi, BMTİ layihəsi və Asiya İnkişaf Bankının tələbləri haqqında məlumat verilmişdir.

Keçidlər