Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir

01 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə Şəmkir şəhər Parkında Uşaqların Beynəlxalq Müdafiəsi gunu münasibəti ilə “Uşaq Festivalı” keçirilmişdir.
Festifalda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, aparatın məsul işçiləri, idarə, təşkilat rəhbərləri, şəhər sakinləri iştirak etmişdirlər. Rayon Məktəbəqədər təhsil müəssisələrinin, Ümumtəhsil məktəblərinin, Uşaq yaradıcılıq mərkəzlərinin, Mərkəzi Kitabxana Sisteminin, Şahmat məktəbinin, Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədi, musiqili kompazisiyalar Festivala xüsusi rəng qatmışdır.
"Azərsun Holding"in Şəmkir distributorluğu, Nəfis Çörək Zavodu, Natural Shamkir Mineral Su və Konserv zavodu, Macromart Şəmkir filialı tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.
Bayram şənliyi müxtəlif kəndlərdə də davam etmişdir.

Keçidlər