Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir açıq rayon birinciliyi

30 may 2016 | 16:00

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" super turnir çərçivəsində şahmat idman növünə marağın daha da artırılması məqsədi ilə Çəmkir Şahmat Məktəbində şahmatla məşğul olan şagirdlərin iştirakı ilə Şəmkir açıq rayon birinciliyinə start verilmişdir. Tədbirə Gəncə, Samux və Gədəbəydən iştirakçılar dəvət almışdırlar. Rayon birinciliyinin açılışında iştirak edənlər Vüqar Həşimovun peşəkarlığından danışmış, dünyada unudulmayacaq iz qoyub getdiyini vurğulamış, iştirakçılara onun yolunu inadla davam etdirməyi tövsiyə etmiş, uğurlar arzulamışdırlar.
Ətraf rayonlardan da gələn şahmatçıların iştirakı ilə keçirilən yarışa 31 may 2016-cı il tarixində yekun vurulacaq, qaliblər müəyyən ediləcəkdir.

Keçidlər