Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim Veysovun rəhbərliyil ilə muşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Şəmkir rayonunda vətəndaşların həkim müayinəsindən keçirilməsinə hazırlıq məqsədilə, Şəmkir şəhəri Əhməd Cavad adına Mədəniyyət mərkəzində 14 fevral 2014 – cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim Veysovun rəhbərliyilə İnzibati ərazi dairələr üzrə nümayəndəlik və bələdiyyələrin, idarə, müəssisə, təşkilatlar və təhsil, səhiyyə, mədəniyyət işçilərinin, rayon ağsaqqallarının, ziyalılarının iştirakı ilə geniş muşavirə keçirilmişdir.
Müşavirəni giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim Veysov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində vətəndaşların tibbi müayinədən keçirilməsinin vacibliiyini, bu məqsədlə Şəmkir rayonunda da lazımı tədbirlərin görüldüyünü, İcra hakimiyyətinin və adiyyati qurumlarin məsul şəxslərindən ibarət 15 nəfərlik komisiyanın və mərkəzi xəstəxananın nəzdində xüsusi qərargahın yaradılmasını müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır .
Sonra adiyyatı üzrə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva çıxış edərək bütün Respublikada olduğu kimi, Şəmkir rayonunda da əhalinin dispanserizasiyasına fevralın 17-dən start veriləcyini bildirmiş və qeyd etmişdir ki, əhalinin dispanserizasiyası əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədilə həyata keçrilir . İcbarı dispanserizasiya zamanı sağlam və xəstə olmasından asılı olmayaraq, bütün vətəndaşlar profilaktik müayinələrdən keçirilməlidir və bununla əlaqədar şəhər konsultativ poliklinikası , qəsəbə və kənd xəstəxanaları, həkim məntəqələri hazırlıq vəzyətinə gətirilmişdir. Əhalinin tibbi müayinədən keçməsi tərtib olunmuş qrafik üzrə may ayının 1–nə qədər davam edəcəkdir.
Rayon mərkəzi xəstəxanasının baş həhimi Nürəddin Əhmədov, şəhər poliklinikasının müdiri Arif Sadıqov, həmçinin qəsəbə və kənd xəstəxanalarının baş həkimləri çıxış edərək cənab Prezdentin qarşıya qoyduğu bu məsuliyyətli və şərəfli işin vaxtında, ləyaqətlə başa çatdırılması uçün səylə çalışacaqlarını və vətəndaşlara diqqət və qayğı kimi dəyərləndikləri təşəbbüs üçün Cənab Prezidentə minnətdarlıqlarını bildirdilər.