Kür qəsəbəsində Futbol İdman Meydançasının açılışı
09 may 2016-cı il tarixdə Faşizm üzərində Qələbənin 71-ci ildönümü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Şəmkir rayonunun Kür qəsəbəsində Futbol İdman Meydançasının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimini giriş sözü ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov tədbir iştirakçılarını salamlamış və bayram münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, son illər ölkədə aparılan uğurlu Dövlət Gənclər və İdman Siyasətinin nəticəsidir ki, bölgələrdə, qəsəbə və kəndlərdə idman infrastrukturu yaradılır və gənclərə diqqət, qayğı göstərilir. Bunun nəticəsidir ki, Şəmkir 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilmişdir.
Çıxış edən Kür qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vaqif Əliyev yaradılmış şəraitə görə öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, qəsəbə sakinləri dövlətçilik siyasəti ətrafında sıx birləşmişdir.
Çıxış edən qəsəbə ağsaqqalı Pirverdi Dağlaroğlu son illərdə qəsəbədə görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Açılış mərasiminin rəsmi hissəsində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qəsəbə sakinlərini və iştirakçıları səmimi qəlbdən salamlamış və bildirmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Ölkə Prezidenti Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan dövlət gənclər və idman siyasəti Şəmkir rayonunda uğurla icra edilməkdədir. Bildirmişdir ki, son illər dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycanın hər yerində olduğu kimi, Şəmkir rayonunda da sosial layihələrin icra edilməsi təxirə salınmamışdır. Bunun nəticəsidir ki, rayonun daxili imkanlarına, yerli büdcə hesabına Kür qəsəbəsində futbol idman meydançasının tikintisi həyata keçirilmişdir.
Açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov idmançılarlarla görüşmüş və xoş arzularını çatdırmışdır.