Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir bələdiyyəsinin təsis etdiyi “Ceyrançöl 1” MMC-də açılış

30 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov 29 aprel 2016-cı il tarixdə Şəmkir rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaların alınmasına köməklik göstərilməsi və texniki təminatın atırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, cins mal-qaranın alınması, artezian quyularının qazılması və əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Bölgələrdə vətəndaşların qəbulundan sonra  Şəmkir Bələdiyyəsinin təsis etdiyi iri nümunəvi taxılçılıq, bitkiçilik təsərrüfatı olan “Ceyrançöl MMC”-nin açılış tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı  Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Daha sonra Kənd Təsərrüfatı naziri Heydər Əsədov "Şəmkir Agropark" layihəsində gedən işlərlə tanış olmuşdur.

Keçidlər