Şriftin ölçüsü :

Saytın rəngi :

28 aprel 2016-cı il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəmkir Gənc Həkimlər Birliyinin iştirakı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Elmi-Praktik konfrans keçirilmişdir.

28 aprel 2016 | 16:00

Elmi-Praktik konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək akademik, əməkdar elm xadimi Zərifə Əliyevanın oftolmologiyanın inkişafına mühüm töhfələr verən və yeniliklər gətirən elmi əsərlərin müəllifi olmasından əlavə, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlərindən danışmışdır. Həmçinin,  Azərbaycan dövlətçiliyində əvəzsiz xidmətləri olan 3 kişinin – İctimai və dövlət xadimi Əziz Əliyevin, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, XXI əsr Azərbaycan tarixində özünəməxsus tarix yaradan möhtərəm prezident İlham Əliyevin həyatında da mənəvi dayaq olan Zərifə xanım Əliyevanın ictimai xadim kimi də xidmətlərindən bəhs edilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə xanım Əlizadə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək, alimin Azərbaycan tibb sahəsinə bəxş etdiyi dəyərli töhfələri elmimizin yüksək nailiyyəti kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyeva oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas ən ülvi, nəcib dəyərləri özündə yaşadan ziyalı xanım, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən, həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi.
Daha sonra elmi-praktik konfrans Şəmkir Gənc Həkimlər Birliyinin üzvlərinin məruzələri ilə davam etmiş və konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.

Keçidlər