Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.

18 aprel 2016 | 16:00

   Prezident İlham Əliyevin  Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprel 1-dən 30- dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Sərəncamına  əsasən  aprel  ayının 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bu münasibətlə 18.04.2016- cı il tarixində Şəmkir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan gənc çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Qüdrət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
      Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər  nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli  ordu olduğunu  bildirilmişdir. Daha sonra tədbirdə Şəmkir rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir  rayon şöbəsinin rəisi Şaiq Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri ictimai birliyinin sədri Müsahib Zeynalov, valideynlər və gənc çağırışçılar çıxış etmişlər. Çıxışların ardından gənc əsgərlər təntənəli surətdə bayrağa təzim etmiş və böyük ruh yüksəkliyi ilə, marş sədaları altında hərbi xidmətə yola salınmışlar.

Keçidlər