Şəmkir Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilmişdir.
14 aprel 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, rayonun idarə, müəssisə rəhbələri, sahibkarlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri iştirak etmişlər.
Yığıncaq iştirakçıları ilk öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının ölkədə iqtisadi islahatların sürətlə aparıldığını, ixrac potensialının artırılması, xarici sərmayənin ölkəmizə cəlb edilməsi, yerli istehsalın artırılması kimi istiqamətlər üzrə ciddi qərarların qəbul edildiyini, həmçinin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi prosesində mühüm addımlar atıldığını, sahibkarlara yardımların davam etdirildiyini diqqətə çatdırıb.
2016-cı ilin I rübü ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən də bir sıra işlərin görüldüyü, abadlıq və yenidənqurma işlərinin aparıldığı, sakinlərin qarşılaşdığı sosial problemlərin həllində konkret tədbirlərin görüldüyü, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə olunmuşdur.