Şəmkirdə şəhid Vüsal Alıyev dəfn mərasimi keçirilib.
Cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin əsgəri 1996 – cı il təvəllüdlü Alıyev Vüsal İlham oğlu bu gün dəfn edilib.
Şəhid Vüsal Alıyev valideyinlərinin istəyilə Kür qəsəbə qəbristanlığında torpağa tapşırılmış və ruhuna dualar oxunmuşdur.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, Müdafiə Nazirliyinin zabitləri, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqalları, fəal gənclər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə, üçrəngli Dövlət bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim olunmuş, minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi əsgəri ənənələrə uyğun yaylım atəşi altında Kür qəsəbə qəbristanlığında torpağa tapşırılımış, məzarı üstünə əklillər və tər qərənfillər qoyulmuşdur.
Allah şəhidimizə rəhmət eləsin!