Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid Təbriz Əsgərovun dəfn mərasimi keçirilib.

06 aprel 2016 | 16:00

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin MAXE - si (müddətdən artıq xidmət etmə)  1993 – cü il təvəllüdlü Əsgərov Təbriz Hamlet oğlu bu gün dəfn edilib.
Şəhid T.Əsgərov Şəmkir şəhər Sərxan qəbristanlığında torpağa tapşırılıb və ruhuna dualar oxunub.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, Müdafiə Nazirliyinin zabitləri, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqalları, fəal gənclər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə, üçrəngli Dövlət bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim olunmuş və minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi əsgəri ənənələrə uyğun yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər