Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid Nurlan Qasımovun dəfn mərasimi keçirilib.

05 aprel 2016 | 16:00

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan 1197 – ci il təvəllüdlü Qasımov Nurlan Cəmil oğlu bu gün dəfn edilib.
Şəhid böyüyüb başa çatdığı Şəmkir rayon Tatarlı kəndində kənd qəbristanlığına torpağa tapşırılıb və ruhuna dualar oxunub. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, Müdafiə Nazirliyinin zabitləri, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqalları, fəal gənclər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə şəhidin atası Cəmil Qasımova Döyüş bayrağı təqdim olunmuş və Şəhid əsgərimiz yaylım atəşi altında son mənzilə yola salınmışdır.
Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər