Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ümumrayon toplantısı keçirildi.

04 aprel 2016 | 16:00

04 aprel 2016-cı il tarixində Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq ümumrayon toplantısı keçirilmişdir. Toplantıda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqalları, ehtiyatda olan zabitlər, Böyük Vətən müharibəsi veteranları, rayon içtimaiyyəti və gənclər iştirak etmişlər.
Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, işğalçı dövlətin törətdiyi təxribatlara qarşı Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi sarsıdıcı cavab həmlələrindən geniş danışmış və bildirmişdir ki, düşmənə tutarlı zərbə vuran Azərbaycan əsgəri üçrəngli bayrağımızı tezliklə işğal altında olan torpaqlarımızda dalğalandıracaq.
Toplantında natiqlər çıxış edərək, Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin çıxışından sonar, artıq insanlarda böyük ruh yüksəkliyi yaranmış, Dağlıq Qarabağın tezliklə mənfur erməni faşizminin işğalından azad olunacağına və üç rəngli bayrağımızın işğal olunmuş torpaqlarda dalğalanması üçün gün saydıqlarını bildirmişlər.
Daha sonra tədbirdə söz alan rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, fəal gənclər, Azərbaycan Ordusuna dəstək nümayiş etdirmişlər.

Keçidlər