31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir
30 mart 2016–cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində tarixçilərin Azərbaycanda 31 mart 1918-ci ildə baş vermiş soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş forumu keçirilib. Forum Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Forumda “Azərbaycan xalqına qarşı törədilən soyqırımlar”, “1918-ci il 31 mart soyqırımı: faktlar və həqiqətlər”, “31 mart soyqırımına siyasi qiymət verilməsi”, “1918-ci il Şəmkir hadisələr və bu hadisələrin soyqırımla əlaqəsi” mövzusunda məruzələrlə çıxışlar dinlənilmişdir. Çıxışlar zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara ilk dəfə, məhz, Ulu Öndər Heydər Əliyev tərəfindən düzgün hüquqi qiymətin verilməsindən söz açılıb.Tədbir geniş diskussiyalar şəklində davam edib, rayon tarixçiləri, ziyalıları tarixi həqiqətlərin ictimaiyyətə, beynəlxalq aləmə daha çox çatdırılmasının zəruriliyini vurğulayıblar.
Forum soyqırımla bağlı videoçarxa və Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan sərgiyə baxışla yekunlaşıb.