Şəmkirdə Novruz şənliyi
19 mart 2016 | 16:00
19 mart 2016-cı il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon Novruz bayramı keçirilmişdir. Keçirilən şənlikdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Yaponyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Tusuquo Takahşi, Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, məktəblər, körpələr evi-uşaq bağçaları və rayon sakinləri iştirak etmişlər.