Heydər Əliyev Mərkəzində “Respublikamızda idarəçiliyin gücləndirilməsi və milli dirçəliş siyasəti” mövzusunda ilk açıq dərs keçirilmişdir
05.02.2014-cü il tarixində Heydər Əliyev Mərkəzində “Respublikamızda idarəçiliyin gücləndirilməsi və milli dirçəliş siyasəti” mövzusunda ilk açıq dərs keçirilmişdir. Açıq dərsdə Nizamı adına şəhər, Füzuli adına təbiət-humanitar təmayüllü məktəb-lisey, C.Rüstəmov adına şəhər, Sərxan və Morul tam orta məktəblərinin XI sinif şagirdləri iştirak edirdilər. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, Şəmkir Rayon Təhsil Şöbəsinin inspektoru Azər Əliyev və bir neçə məktəbin tarix müəllimləri də dərs prosesində iştirak edərək, bu tədbirin həyata keçirilməsini yüksək qiymətləndirdilər. Belə dərslərin təşkilinin şagirdlərdə vətənpərpərvərlik hissinin artmasına, müasir Azərbaycan tarixini daha dərindən öyrənmələrinə səbəb olaçağıını qeyd etdilər.