Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" Hərbi İdman Oyunlarının Rayon birinciliyi

16 mart 2016 | 16:00

16 mart 2016-cı il tarixdə Əhməd Cavad adına Şəmkir şəhər tam orta məktəbində "Şahin" Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilmişdir.
Yarışda zona yarışları üzrə qalib gəlmiş 6 məktəbin komandası iştirak etmişdir.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Cənab Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Məleykə xanım Əlizadə, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi polkovnik-leytenant Şaiq Məmmədov, FHN-nin Şəmkir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Sahil Rzayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əsgər Əlsgərov iştirak etmişdirlər.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədov Yarış iştirakçılarını salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsi məqsədi ilə bu cür tədbirlərin xüsusi önəmli olduğunu qeyd etmişdir. Bildirmişdir ki, torpaqlarımızın işğal altından azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin yürütdüyü uğurlu Dövlət Siyasəti ətrafında sıx birlməşmək ən vacib məsələdir .
Rayon birinciliyi üzrə keçirilən yarışda I yerə Məhəmməd Füzuli adına təbiət təmayüllü liseyin komandası, II yerə Rüstəm Əliyev adına tam orta məktəbin komandası, III yerə Abbaslı 1 saylı tam orta məktəbin komandası layiq görülmüşdür.
Qalib olmuş komandalar qiymətli hədiyyələr, diplom və fəxri fərmanlarla mükafatlandırılmışlar.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmişdir.

 

Keçidlər