Şəmkir rayon Mərkəzi xəstəxanasında şüa-diaqnostika şöbəsinin açılışı keçirildi
Ölkə başçısı cənab İlham Əliyevin Respublikada əhalinin sağlamlığının qoruunmasına göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Şəmkir rayonunda da, səhiyyə müəssisələrinin təmir edilməsi və onların ən son avadanlıqlarla təhciz edilməsi gündəlik həyata çevrilib. Növbəti belə tədbirlərdən biri Mərkəzi Xəstəxananın Şüa-diaqnostika şöbəsində reallaşdırıldı. Beləki, Mərkəzi Xəstəxanada şüa-diaqnostika şöbəsi yerli büdcə hesabına əsaslı təmir edildi. Yerli büdcənin hesabına alınan və şöbəyə gətirilən Yaponya istehsalı olan SHUMATSU müasir tipli rentgen aparatı nəinki regionda, hətta respublikada bir yenilikdir. Bu aparatın köməyi ilə daxili orqan və strukturların təsviri əldə edilərək, ən xırda dəyişikliklərin aydın müəyyən edilməsi, skeletin bütün şöbələrinin tam dəqiqliklə muayinəsi mümkün olacaqdır. Həmçinin rentgen diaqnostik komplekslərin köməyi ilə xəstələr minimum şüalanacaq, səhvsiz diaqnostika aparılacaq, aydın görüntülər əldə etmək mümkün olacaq və rentqenoskopiya/rentqenografiyanın imkanlarının artmasına imkan verəcəkdir. Rəqəmsal rentgeno-diaqnostik avadanlığın köməyi ilə döş qəfəsi, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklər, mərkəzi sinir sistemin xəstəlikləri, onurğa sütununun, çanaq sümüklərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ/destruktiv dəyişiklikləri vaxtında və səhvsiz həyata keçiriləcəkdir.
Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun, rayon ziyalılarının və tibbi personalın iştirakı ilə əsaslı şəkildə qurulan şöbə Şəmkir rayonu vətəndaşlarının istifadəsinə verilmişdir.