Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Qüdrət Əliyev xanımları təbrik edərək bildirmişdir ki, “Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə bütün dövürlərdə seçilmiş, onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.
Daha sonar 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə rayonun sosial-mədəni həyatında aktivliyi ilə seçilən xanımlara dəyərli hədiyyələr verilmişdir.
Tədbir Şəms vokal-instrumental qrupunun konsert proqramı ilə davam etmişdir.