Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında niyyət protokolu imzalanıb.

29 fevral 2016 | 16:00

Şəmkir Heydər Əliyev Mərkəzində baş tutan imzalanma mərasimində, Multikulturalizm ili çərçivəsində milli, mənəvi və dini dəyərlərin təbliğini gücləndirmək, gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasına nail olmaq kimi məqsədlərdən danışılmış, Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun qısa müddət ərzində əldə etdiyi uğurlara yüksək dəyər verilmiş, 2 ilə yaxın fəaliyyəti dövründə fond ölkə əhalisinin maarifləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmiş və Şəmkirlə bağlı layihəsi isə görülən işlərin davamı kimi qiymətləndirilmişdir.
Tədbirdə çıxış edən millət vəkili və Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva bildirmişdir ki, əsas məqsədimiz ictimai maraqlara xidmət etmək və əhalini maarifləndirməkdən ibarətdir. Eyni zamanda, Azərbaycançılıq məfkurəsinin öyrənilməsində və ulu öndər irsinin təbliğində Bilik fondunun fəaliyyətindən istifadə edib, işlərin səmərəli qurulmasına nail olmaqdır.
Sonra, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək, Şəmkir Heydər Əliyev Mərkəzinin çox gözəl şəraiti var. Bu mərkəzdə birgə fəaliyyət nəticəsində biz müxtəlif təlimlər, dil kursları, eləcə də dərnəklər və yaradıcılıq klubları yarada bilərik. Oktay Səmədovçıxış sonunda,Şəmkirli gənclərin Bilik fondunun beynəlxalq səviyyəli tədbirlərinə cəlb olunmasının mümkünlüyündən və qarşıda çoxlu işlərin olduğunu bildirmişdir.
Daha sonra, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında niyyət protokolu imzalanmış və tədbir qarşılıqlı diskusiya şəklində davam etmişdir.

 

Keçidlər