Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

24 fevral 2016 | 16:00

Fevralın 24-də Şəmkir şəhərindəki Şəhidlər xiyabanında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə bildirib ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez cəzalarına çatacaqlar.
Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 200-dən çox şam və zeytun ağacları əkiblər.

Keçidlər