Şəmkirdə “Dini Radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda din xadimlər və gənclərlə görüşdür.
Ölkə başçısı cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm ili elan etmişdir. Ölkəmizdə qədim zamanlardan müxtəlif millətlərin və dinlərin nümüyəndələri bir biri ilə qardaşlıq, mehribanlıq şəraitində yaşamışdır. Bununla əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra silsilə tədbirlər keçirilməkdədir ki, onlardan da biri bu gün keçirilən “Dini Radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda Şəmkir Heydər Əliyev Mərkəzində din xadimləri və gənclərlə görüşdür. Görüşdə Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısı Aparatında ictimai, siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ruhid Hacıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz bolgəsinin şöbə müdiri Eldəniz Vəliyev, Şəmkir şəhər Cümə Məscidinin dini icmasının sədri Natiq Şıxaliyev, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski və digərləri çıxış edərək dini radikalizmin necə bir bəla olduğu, onun törətdiyi fəsadlardan və onun qarşısının alınmasında başlıca yolu maarifləndirmə olduğu, görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.