Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Cümə məscidində dini icmanın üzvləri və inanclılarla görüş keçirilmişdir.

11 fevral 2016 | 16:00

11 fevral 2016-cı il tarixində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri Şəmkir şəhərinin mərkəzində yerləşən Cümə məscidində rayonun dini icmanın üzvləri və inanclılarla görüşmüşdür.
Görüşdə cənab Alimpaşa Məmmədov rayonda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, yeni açılacaq olan iş yerləri barədə məlumat vermişdir.
Gənc inanclılara yeni açılacaq iş yerləri haqqında məlumat verilmiş, işlə təmin olunmaları üçün təkliflər edilmişdir.Gənc inanclılar təklifləri rəğbətlə qarşılamışlar.
Sonda dini icmanın üzvləri və inanclılar rayon rəhbərinə göstərilən diqqətə görə öz təşəkkürlərini bildirmiş, Prezident İlham Əliyev cənablarına səmimi təşəkkür və salamlarını çatdırmağı rayon rəhbərliyindən xahiş etmişlər.

Keçidlər