Şəmkir rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” nə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilmişdir.
“ Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin “Zəka” Şahmat klubunda 02 fevral Gənclər Gününə həsr olunmuş açıq şəhər birinciliyi və keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir şəhər YAP Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov, “ Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru araz Paşayev iştirak etmişdir.
Oyun 32 şahmatçının iştirakı ilə olimpiya sistemi ilə keçirilmişdir. l yerə Əmrahlı Əli, ll yerə İbrahimov Polad, lll yerə Həsənov Vüsal və nəhayət lV yerə İsgəndərova Nərmin layiq görülmüşdür. Sonda qaliblər diplom və mükafatlar ilə təltif olundular.
Gənclər Günü münasibətilə eyni zamanda, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin yaradıcılıq bölməsinin tələbələrinin sərgisi təşkil olunmuşdur. Sərgidə rəsm dərnəyinin 64 tələbəsinin rəsmləri, dekorativ tətbiqi sənət dərnəyinin isə 60 tələbəsinin əl işləri sərgilənmişdir. Sərginin sonunda mərkəzin rəsm və dekorativ tətbiqi sənət dərnəklərinin 20-i tələbəsi tərəfindən Flashmob nümayiş etdirildi.
“2 fevral – Azərbaycan Gəncləri günü” ilə əlaqədar Şəmkir rayon İdman Olimpiya Kompleksində sərbəst güləş üzrə Şəmkir rayon Birinciliyi keçirilmişdir. Turnirdə Şəmkir rayonu ilə yanaşı Bakı, Gəncə, Goranboy, Qazax şəhər və rayonlarından komandalar iştirak edirdi. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov və Rayon İcra Hakimiyyətinın aparıcı məsləhətçisi Nizami Əhmədov qalibləri fəxri fərman və mükafatlarla təltif etdilər.
“2 fevral – Azərbaycan Gəncləri günü” nə həsr olunmuş son tədbir Şəmkir Əyləncə Mərkəzində Əyləncəli şou-proqramla bitdi. 100-ə yaxın fəal gəncin iştirak etdiyi tədbir əyələncəli viktorina və rəqs qruplarının nümayşi ilə sona catdı.