Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

04 fevral 2016 | 16:00

04 fevral 2016-cı il tarixdə Şəmkir Əyləncə Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin rəsmi hissəsində Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov və idarə və təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbirin bədii hissəsində Şəmkir rayonunun ictimai həyatında fəal iştirak edən gənclər üçün “İntellektual Əyləncəli yarışma” keçirilmişdir.
Tədbir Azərbaycan Himninin səsləndirilməsi ilə başlanılmışdır. Sonra hesabat məruzəsini təqdim etmək üçün söz Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılova verilmişdir. Çıxış edən
Emin İsmayılov Şəmkir rayonunun digər sahələrdə də olduğu kimi gənclər siyasəti sahəsində yeniliklərə imza atdığını qeyd etmişdir.
Çıxış edən Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Şəmkir rayonunda aparılan dövlət gənclər siyasəti haqda ətraflı danışmışdır.
Sonra Şəmkir rayon İctima həyatında fəal olan bir qrup gəncə rayon rəhbərliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Sonda çıxış edən Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov 2015-ci ildə görülmüş işlərin hesabatına dair öz fikirlərini bildirərək, növbəti ildə Şəmkir rayonun Azərbaycanın Gənclər Paytaxtı adının layiqincə aparılması istiqamətində öz tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər