Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX və XI siniflərində keçirilən test-sınaq imtahanlarının nəticələri müzakirə olunmuşdur.

03 fevral 2016 | 16:00


03 fevral 2016-cı il tarixində Ə. Cavad adına Mədəniyyət mərkəzində 27 dekabr 2015-ci il tarixdə Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX və XI siniflərində keçirilən test-sınaq imtahanlarının nəticələri müzakirə olunmuşdur.
İclasda Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Təhsil Şöbəsinin məsul işçiləri, məktəb direktorları, IX və XI siniflərdə Azərbaycan dili və riyaziyyat fənnlərini tədris edən müəllimlər iştirak ediblər.
Layihənin həyata keçirilməsində 38 nəfər imtahan rəhbəri, 129 nəfər nəzarətçi, IX siniflər üzrə 2309 nəfər, XI siniflər üzrə 2023 nəfər şagird iştirak etmişdir.
İmtahanlar 38 tədris mərkəzində həyata keçirilmişdir.
Qeyd edək ki, 27 dekabr 2015-ci il tarixində, regionda ilk dəfə Şəmkir Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə keçirilən layihədə məqsəd şagirdlərin buraxılış imtahanlarında daha yüksək nəticələr əldə edilməsidir.
İclasda keçirilən imtahanların nəticələri müzakirə olunaraq, məktəb direktorlarına, fənn müəllimlərinə və təhsil şöbəsinin işçilərinə müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.
Buraxılış imtahanlarında yüksək nəticələrin əldə olunması üçün test-sınaq imtahanlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər