Şəmkir rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun hesabat yığncağı keçirilmişdir.
10 fevral 2016-cı il tarixdə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində, 2015-cı ilin sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin mərkəzdə yerləşən bust kompleksinin önünə gül dəstələri qoyulmuşdur.
Hesabat yığncağında Prezident Adminstrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov, İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədirləri, dairə və məntəqə seçki komisiyalıarının sədrləri, sahibkarlar, qeyri hökumət təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri olmaqla 220 nəfər iştirak etmişdir.
Hesabat yığıncağını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov açaraq yığncağı açıq elan etmiş, yığncağın üç nəfərdən ibarət katibliyinin tərkibini seçmiş və hesabat məruzəsini iştirakçıların diqqətinə çatdırmışdır. Sonra Milli Məclisin deputadları
Sona Əliyeva və Kamran Bayramov, Prezident Adminstrasiyasının məsul işçisi Əlibaba Əliyev məruzə ətrafında geniş çıxıslar etmişlər.