500-dən çox gəncin Şəmkir şəhərinin mərkəzi ilə Azərbaycan Bayrağını gəzdirərək Şəmkir rayonunun Gənclər Paytaxtı seçilməsinin sevincini yaşamışlar.
500-dən çox gəncin Şəmkir şəhərinin mərkəzi ilə Azərbaycan Bayrağını gəzdirərək Şəmkir rayonunun Gənclər Paytaxtı seçilməsinin sevincini yaşamışlar. Yürüş iştirakçılarını Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında qarşılayan Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədov gənclərin sevincinə şərik olmuşdur.
Tədbirdə çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin,ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da uğurla inkişafından geniş danışmış və Şəmkir gəncliyinin qələbəsi olan simvolik açarı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədova təqdim etmişdir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədov Şəmkirin 2016-cı il üçün Gənclər Paytaxtı seçilməsi münasibəti ilə gəncləri təbrik edərək, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi və dövlət və dövlətçiliyimizin qorunması istiqamətində daha fəal olmağa səsləmişdir.
Tədbirin sonunda xatirə şəkili çəkdirimiş, konsert proqramı ilə davam etdirilmişdir.