Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Fermer və sahibkarlarla görüş keçirilmişdir.

23 yanvar 2016 | 16:00

23 yanvar 2016-cı il tarixində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şəmkir rayonunda fəaliyyət göstərən fermer və sahibkarlarla görüş keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan danışmış, bu uğurlarda sahibkarların da payı olduğnu vurğulamışdır.
Görüşdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr edilməsinin yolverilməzliyi və bu sahədə şəffaflığın təmin edilməsi söylənilmişdir. Həmçinin Şəmkir rayonu ərazisində süni şəkildə qiymət artıranların fəaliyyətlərinin qarşısını almaq üçün ictimai nəzarətin həyata keçirildiyi qeyd olmuş, bu məqsədlə Şəmkir rayon İcra Hakimiyyəti Aparatında komissiya və xüsusi qərargah yaradıldığı diqqətə çatdırılmışdır.
Tədbirdə iştirak edən sahibkar və fermerlər açıq mikrafon vasitəsi ilə qarşılaşdıqları problemləri qeyd etmiş və təkliflərini irəli sürmüşlər. Sahibkarlar onlara yaradılan şəraitə və keçirilən görüşə görə Azərbaycan Respublikası Prezidentinə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Sahibkarların müraciətləri anonimliyi qorunmaqla yazılı müraciətlər və şikayətlər üçün “Müraciətlər və Şikayətlər qutuları” təşkil edilmişdir.

Keçidlər