Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 20 yanvar faciəsinin 26-cı ildönümü keçirildi.

21 yanvar 2016 | 16:00

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 26 il keçir. Bununla bağlı olaraq Şəmkir rayonunda anım mərasimi keçirilib. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyəti və sıravi vətandaşlar iştirak etmişlər.
Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Mərasim iştirakşıları Hərbi Marş sədaları altında Şəhidlər Xiyabanına yürüyüş etmiş, Xiyabanını ziyarət etmiş, Şəhidlərimizin qəbri üzərinə gül dəstələri qoymuşlar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Keçidlər