Şriftin ölçüsü :

Saytın rəngi :

18 yanvar 2016-cı il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında rayonun hüquq mühafizə orqanları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.

18 yanvar 2016 | 16:00

Müşavirədə dünyada 3 ildən artıq davam edən iqtisadi böhran və onun Azərbaycan Respublikasına mənfi təsiri müzakirə edilmişdir. Manatın son devalvasiyasından sonra ölkəmizdə yaranan iqtisadi çətinliklərdən istifadə edən bəzi işbazların ərzaq məhsullarının, xüsusilə un və un məhsullarının qiymətinin süni şəkildə artırmaları Rayon İcra Hakimiyyəti Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən sərt tənqid edilmişdir. Cənab Alimpaşa Məmmədov istər respublikada, istərsə Şəmkir rayonu ərazisində süni şəkildə qiymət artıranların fəaliyyətlərinin qarşısını almaq üçün ictimai nəzarətin həyata keçirildiyini bildirmiş, bu məqsədlə Şəmkir rayon İcra Hakimiyyəti Aparatında komissiya və xüsusi qərargah yaradılmışdır. İctimai nəzarəti həyata keçirən komissiya üzvlərinə, o cümlədən şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə mütəmadi olaraq qərargaha məlumat verməkləri tapşırılmışdır.

Keçidlər