Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir
15 yanvar 2016 | 16:00
15 yanvar 2016 – ci il tarixdə Şəmkir rayon İcra hakimiyyətinin müavinləri və məsul işçiləri tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Vətəndaşların qəbulu saat 09:30 – da başlamış saat 11:40 – dək davam etmişdir.Qəbula yazılmış 49 nəfər vətəndaşın müraciəti dinlənilmiş,vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş cox saylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müraciyət olunacaqdır.