“PARTNER Culture Projects”-in nümayəndələri ilə görüş keirilmişdir.
12 yanvar 2016 | 16:00
Şəmkir rayonu tolerantlığı ilə seçilir. 200 il bundan əvvəl Şəmkir şəhərində, Çinarlı qəsəbəsində və İrmaşlı kəndində məskunlaşan alman kolonistlərinin bölgədə tarixi izlərini qoruyub saxlamaq üçün Şəmkir rayon mərkəzində Alman Mədəniyyət Mərkəzinin yaradılması məsələsi gündəmdədir. Alman Mədəniyyət Mərkəzinin qurulmasına yardım göstərən “PARTNER Culture Projects”-in nümayəndə heyəti Horst Campmanın rəhbərliyi ilə Şəmkir Rayon İcra Hakimiyyətində olmuş və çox işgüzar müzakirə aparılmışdır. Görüşdə əsas məqsəd qarşılıqlı əməkdaşlıq nəticəsində qısa zamanda Mərkəzin qurularaq vətəndaşların və turistlərin istifadəsinə verilməsidir.