Şəmkir rayon Yuxarı Seyfəli kəndində kənd sakinlərilə görüş keçirildi.
24 dekabr 2015-ci il tarixində Şəmkir rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonunun Yuxarı Seyfəli kənd sakinlərilə görüş keçirmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
İlk öncə tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov vətəndaşların səyyari qəbulu ilə əlaqədar toplantını açıq elan edərək qəbula gələnləri salamlamış və geniş çıxışında Respublika Prezidentinin apardığı uğurlu daxili və xarici siya¬sətdən, ölkə əhalisinə xüsusi ilə də qaçqın və məcburi köçkünlərə və aztəminatlı ailələrə göstərilən qayğıdan, respublikamızda və rayonda görülən tikinti - quruculuq və abadlıq işlərindən ətraflı məlumat vermişdir.
Sonra Alimpaşa Məmmədov vətəndaşları dinləmiş və onların problemlərilə yaxından tanış olaraq,onların qaldırdıqları problem və məsələnin həllinə köməklik göstərilməsi məqsədilə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verdi.
Mərasimdə çıxış edən Yuxarı Seyfəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Səyyar Məsimov və kənd ağsaqqalları çıxış edərək kənd sakinləri ilə görüşə gəlib vətəndaşları qəbul etdiyinə və onların problemləri ilə yerində tanış olduqlarına görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova, aidiyyatı idarə rəhbərlərinə kənd sakinləri və öz adından minnətdarlıqlarını bildirdilər.
Daha sonra isə cənab Alimpaşa Məmmədov kənddə yeni tikilən nümayəndəlik binasının açılış lentini kəsərək bina ilə yaxından tanış oldu.