Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha iki kəndə təbii qaz verildi

15 dekabr 2015 | 16:00

15 dekabr 2015-ci il tarixində Şəmkir rayonunun Qaralar kəndində 174 ev təsərrüfatında 651 nəfərlik, Günəşli kəndində isə 108 ev təsərrüfatında 502 nəfərlik əhalinin təbii qaza olan tələbatının təmin olunması üçün yeni çəkilmiş təbii qaz xəttinin acılışı tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov ilk öncə kəndə verilən təbii qaz münasibətilə kənd əhalisini təbrik etmiş, son illər rayonda icra olunan irimiqyaslı layihələrdən, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən geniş çıxış etmişdir.
Sonra mərasimdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına  minnətdarlıq etmişlər.

Keçidlər